Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri operativ şəkildə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

