ABŞ-nin Nyu-Meksiko ştatında elektrik dirəyinin ən yuxarı hissəsinə qalxan ayı metrlərlə yüksəklikdə köməksiz vəziyyətdə qalıb.
Amerika yerli mediası xəbər verir ki, heyvanın ətrafdakı səslərdən və digər amillərdən qorxaraq dirəyə çıxdığı ehtimal edilir. Lakin xilasedicilər ayını təhlükəsiz şəkildə aşağı endirə bilməyiblər.
Səlahiyyətlilər bildiriblər ki, ayıya sakitləşdirici iynə vurulması onun hündürlükdən yıxılaraq ağır xəsarət almasına və ya ölməsinə səbəb ola bilərdi. Buna görə heyvana müdaxilə edilməyib.
Uzun müddət dirəyin üzərində qalan ayı sonda elektrik naqillərinə toxunub və cərəyan vurması nəticəsində ölüb.

