Bakının Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında kişi xəsarət alıb.
TƏBİB-dən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı çağırış bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 1991-ci il təvəllüdlü kişi Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Ona başın tüklü hissəsinin kəsilmiş yarası diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib. Hazırda yaralı neyrocərrahiyyə şöbəsində müalicə olunur, vəziyyəti stabil qiymətləndirilir.
İlkin məlumata görə, kişinin üzərinə konstruksiya parçası düşüb.

