Sosial şəbəkədə ictimai mənəviyyata zidd paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib.
Denmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, "TikTok"da müxtəlif şəxslərin ünvanına söyüş və təhqirlər səsləndirildiyi üçün "Zımbırtı.az" səhifəsinin admini, Şirvan sakini 1998-ci il təvəllüdlü F.Qədirov (şərti) polis tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
Vətən müharibəsi qazisi olduğunu bildirən F.Qədirov paylaşımı ironiya məqsədilə paylaşdığını, həmin videodakı ifadələrin özü tərəfindən deyil, başqası tərəfindən səsləndirildiyini deyib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə səhifə admini 8 sutkalıq həbs edilib.

