Polis sosial şəbəkələrin Azərbaycan seqmentində əxlaq və mənəviyyat normalarına zidd məlumatların yayılmasına qarşı genişmiqyaslı profilaktik tədbirləri davam etdirir.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, növbəti əməliyyat zamanı TikTok sosial şəbəkəsində canlı yayım zamanı təhqiredici və qeyri-etik ifadələr Əliqismət Nəzərov saxlanılıb.
Onun barəsində internet resurslarında və informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan olunan məlumatların paylaşılması ilə bağlı protokol tərtib edilib.
Müvafiq qərara əsasən Ə.Nəzərov inzibati qaydada həbs edilib.


