Azərbaycanda sosial şəbəkələrdə etik və ictimai-mənəvi normalara zidd hesab edilən paylaşımlarına və davranışlarına görə bir TikTok istifadəçisi həbs edilib.
Yerli KİV-lərin məlumatına görə, TikTok-da “Şəkili Pərviz” ləqəbi ilə tanınan Vahab Vüqar oğlu Alxasov polis əməkdaşları tərəfindən saxlanılıb.
1990-cı il təvəllüdlü tik-toker barəsində protokol tərtib olunub, bundan sonra materiallar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə məhkəməyə göndərilib.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda Vahab Alxasov barəsində 30 sutka müddətinə inzibati həbs qərarı qəbul edilib.

