Sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik, etikadan kənar davranış və mənəvi normalara zidd yayımlar nümayiş etdirdiyi bildirilən daha bir TikTok istifadəçisi həbs olunub.
Unikal-ın məlumatına görə, polis əməkdaşları TikTok-da “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırovu saxlayıblar.
Bildirilib ki, o, sosial şəbəkələrdə din əleyhinə çıxışları ilə tanınıb.
Məqsəd Bağırov barəsində Qəbələ Rayon Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin maddə internetdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən nalayiq söz, jest və ya davranışların nümayişini nəzərdə tutur.
Toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə Məqsəd Bağırov 10 sutka inzibati həbs edilib.

