Qaxda ağır qəza baş verib, ölən var.
Denmedia.az "Report"a istinadən xəbər verir ki, hadisə iyulun 30-u saat 16 radələrində Qax-Şəki avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub, nəticədə Tacəddin Əhmədov hadisə yerində ölüb.
Bundan başqa, Həşimov Xəyal Abdul oğlu, Abdullayev Zaur Səid oğlu və Manafov Novruz Şəmil oğlu xəsarət alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


