Meksikada influenser Brandon Hernandezin (Soy El May) həyat yoldaşı Mariya doğuşdan sonra görmə qabiliyyətini və yerimək imkanını itirib.
“20 Minutos”un məlumatına görə, cütlüyün qızı dünyaya gəldikdən bir neçə saat sonra Mariyanın ürəyi 7 dəqiqə dayanıb və o, komaya düşüb.
Həkimlərin ehtimalına əsasən, buna ağrıkəsici preparata qarşı yaranan anafilaktik şok səbəb olub. Daha sonra vəziyyət xəstəxanadaxili infeksiya səbəbindən daha da ağırlaşıb.

Komadan ayıldıqdan sonra Mariyada ağır nevroloji fəsadlar aşkarlanıb. O, görmə qabiliyyətini və hərəkət etmək imkanını itirib.
Brandon Hernandez baş verənlərə görə həkimləri və xəstəxananı günahlandırıb. Onun sözlərinə görə, tibb müəssisəsində lazımi müayinə avadanlıqları olmayıb.

