Pakistanın 8047 metr hündürlüyündəki Broad Peak dağında baş verən qar uçqunundan sonra itkin düşən alpinistlərdən 4 nəfərin cəsədi tapılıb.
Məlumata görə, itkin düşən qrup dünyanın ən məşhur yüksəklik alpinistlərindən biri olan Nirmal Purjanın rəhbərliyi ilə zirvəyə qalxırdı. Tərkibində müxtəlif ölkələrdən olan 10 alpinistin yer aldığı qrupun axtarış-xilasetmə əməliyyatı davam edir.
Nirmal Purja indiyədək 8000 metrdən hündür zirvələrə 57 dəfə qalxıb, bunlardan 29-u əlavə oksigen istifadə etmədən həyata keçirilib. O, 2019-cu ildə bütün 14 səkkizminlik zirvəni cəmi 6 aya fəth edərək dünya rekordu müəyyənləşdirib.

