Peruda Naska səhrasındakı məşhur geogliflər üzərində ekskursiya uçuşu həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həyatını itirib.
Yerli bələdiyyə orqanlarının məlumatına görə, “Aerodiana” şirkətinə məxsus təyyarə Pueblo-Vyeho rayonunda qəzaya uğrayıb.
Təyyarənin Pisko şəhərindən havaya qalxaraq Naska geoglifləri üzərində turistik uçuş həyata keçirdiyi bildirilir.
Hadisənin səbəbləri hələlik məlum deyil. Qəzanın başvermə şəraiti araşdırılır.
Naska geoglifləri Yer səthinə həkk edilmiş nəhəng həndəsi fiqurlar və təsvirlərdir. Bu qədim rəsmlər dünyada ən məşhur arxeoloji sirrlərdən biri hesab olunur.

