ABŞ-də ağır yükdaşıma qabiliyyətinə malik ikimühərrikli “Sikorsky S-64” helikopteri qəzaya uğrayıb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) RİA Novosti-yə verdiyi məlumata görə, hadisə avqustun 7-də Yuta ştatının Riçfild şəhərində baş verib.
Qəza zamanı helikopterin göyərtəsində 2 nəfər olub və onların hər ikisi həyatını itirib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

