Samux rayonunda Kür çayında batan 17 yaşlı qızın meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yenikənd kəndi ərazisində Kür çayında bir nəfərin batması barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub.
Hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü G.Məmmədovanın meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

