Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Denmedia.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Axtarışdan sonra göldə batan 15 yaşlı Ayxan Abdullayevin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisə yerində olan xilasedicilər tərəfindən göstərilən operativ və peşəkar tədbirlər sayəsində qısa zamanda suyun altından çıxarılan meyit, hüquq-mühafizə orqanlarına təhvil verilib. FHN-in nümayəndələri bildiriblər ki, bu cür hadisələrin qarşısını almaq üçün əhali arasında maarifləndirmə işlərinin aparılması zəruridir.
Ellada Rəsul
DenMedia.az