Türkiyənin Yalova vilayətində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
“Sabah” nəşrinin məlumatına görə, təyyarə təlim-məşq uçuşu zamanı yerə düşüb.
İlkin məlumatlara əsasən, pilot katapult etməyə müvəffəq olub. O, sağ qalıb və hadisə yerindən təxliyə edilib.
Hazırda qəzanın baş verdiyi ərazidə xilasetmə və fövqəladə xidmət əməkdaşları işləyirlər. Qəzanın səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir, faktla bağlı araşdırmaya başlanılıb.

