Astara rayonunda bir nəfərin dənizdə batdığı bildirilir.
Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilində yerləşən “Bulvar” ərazisində baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda, nəzarətsiz ərazidə qeydə alınıb.
Axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Qeyd edək , dənizdə itkin düşən şəxs Masallı rayonunun Kosagül kənd sakini, 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədlidir. O, yaxın qohumları ilə birlikdə çimmək üçün dənizə gəlibmiş.
Elmar Məmmədlinin 5 uşaq atası olduğu bildirilir.
Nazirlik hazırda Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışların aparıldığını bildirib.

