Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi sahillərində iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 700 metr aralıda yerləşən nəzarətsiz çimərlik ərazisində baş verib.
Keçirilən əməliyyat nəticəsində 2009-cu il təvəllüdlü Rahil Tariyel oğlu Ağazadə xilas edilib.
2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin axtarışları isə davam etdirilir. Əməliyyata FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

