Bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.
Hadisə zamanı “Hyundai”da olan iki nəfər həyatını itirib. Ölənlərin 60 yaşlı Elina Məmmədova və 1 yaşlı körpə olduğu müəyyənləşib.
Bundan başqa, 5 nəfər xəsarət alıb. Yaralılar Türkanə Sadıqova (29 yaş), İlahə İsmayılova (25 yaş), Məmməd Məmmədov (25 yaş), Faiq İsmayılov (25 yaş) və Zahid Nuriyevdir (25 yaş).
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

