Rusiyanın Perm diyarında FSB əməkdaşları Azərbaycan vətəndaşı Ruslan Məmmədov Məmməd oğlunu saxlayıblar.
Rusiya KİV-lərinin məlumatına görə, o, azərbaycanlı diasporunun liderlərindən biri hesab olunur.
Məmmədovun nə vaxt saxlanıldığı açıqlanmayıb. Lakin Properm nəşrinin jurnalisti Perm Diyar Məhkəməsindən öyrənib ki, o, avqustun 19-da həbs qərarından verdiyi şikayəti təmin etdirə bilməyib.
Məhkəmənin qərarına əsasən, Ruslan Məmmədov 7 oktyabr 2026-cı ilədək həbsdə qalacaq.
Bundan əlavə, onun Rusiyaya girişinə 4 iyun 2076-cı ilədək qadağa qoyulduğu bildirilir.

