Göyçayda güclü yanğın hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Rauf İsayev küçəsində qeydə alınıb.
Belə ki yanğın 76 yaşlı Zeynalova Telnaz Qürbət qızına məxsus umumi sahəsi 112 kv.m olan kürsülü 1 mərtəbəli 4 otaqlı evdə başlayıb.Evin yanar konstruksiyaları və əşyaları və onaa bitişik sahəsi 80 kv.m olan talvarın taxta atmaları və altında dayanmış 50 yaşlı Zeynlova Samirə Ramiz qızına məxsus KiA PİLANTO markalı avtomobilin ön hissəsi və eyni zamanda yaxınlıqda olan 27 yaşlı Kərimli Kənan Kərim oğluna məxsus umumi səhəsi 300 kv.m olan və hər mərtəbəsi 150 kv.m iki mərtəbə 7 otaqlı evin dam örtüyünun taxta atmaları 12 kv.m sahədə yanmışdır.Hadisə yerinə Göyçay rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Ev sahibinin sözlərinə görə yanğın zamanı ona 100 min manatdan çox maddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır
Əlibala Əsgərov
Denmedia.az

