Avqustun 19-da saat l9 radələrində Masallı rayon sakini, 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərlikdə boğulması və meyitinin suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 5 uşaq atası olan Elmar Məmmədlinin əslində dənizdə boğulmadığı müəyyənləşib.
Araşdırma zamanı məlum olub ki, o, avqustun 20-də – itkin düşməsi barədə məlumat verilməsindən bir gün sonra hava yolu ilə ölkə hüdudlarını tərk edib.
Araşdırmalar davam etdirilir.

