İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az report-a istinadən xəbər verir ki, qəza Diyallı–Təzəkənd avtomobil yolunda qeydə alınıb.
“Niva” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda həkim nəzarətindədirlər.
Qəzanın səbəbləri və digər təfərrüatları araşdırılır.

