Niderlandda məktəb avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində azı 8 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
NOS-un məlumatına görə, ağır yol qəzası gecə saatlarında Gelderland əyalətinin Vezep şəhəri yaxınlığında, A28 magistralında baş verib.
Məktəb avtobusunda 50-dən çox insan olub və onların əksəriyyətini Almaniyadan olan məktəblilər təşkil edib.
Toqquşmanın gücündən avtobus böyrü üstə aşıb, mikroavtobus isə iki hissəyə parçalanıb.
Xilasetmə əməliyyatı zamanı avtobusdakı sərnişinlər nəqliyyat vasitəsinin damından təxliyə ediliblər.
Qəza ilə əlaqədar A28 magistralında hər iki istiqamətdə hərəkət dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

