Yaponiyada Koşi adlı uşaq bağçada alma parçasına boğulduqdan sonra üçüncü ildir ki, komada qalır.
The Mainichi nəşrinin məlumatına görə, hadisə zamanı yardım gec göstərildiyi üçün uşağın beynində ciddi və geri dönməz zədələnmə yaranıb.
Bir neçə ay xəstəxanada qaldıqdan sonra Koşi evə buraxılıb və hazırda ona valideynləri qulluq edir. Onlar hər iki saatdan bir uşağın bədən vəziyyətini dəyişir, ağciyərlərdə bəlğəmin yığılmasının qarşısını almağa çalışırlar. Koşinin vəziyyəti hər saat yoxlanılır, onunla fizioterapevt də məşğul olur.
Ailənin çətinlikləri bununla bitmir. İyul ayında dövlət tərəfindən pulsuz verilən tibbi ləvazimatların sayı 10 bağlamadan 1 bağlamaya endirilib.
Valideynlər yeni ləvazimat almaq imkanı olmadığından bəzi tibbi vasitələri təkrar istifadə etməyə məcbur qaldıqlarını bildirirlər. Bu isə bakterial pnevmoniya riskini artıra bilər.

