Güclü külək nəticəsində iki qadın xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
1952-ci il təvəllüdlü qadın küləyin təsirindən yıxılaraq ayaq pəncəsi sümüyünü sındırıb.
1987-ci il təvəllüdlü digər qadın isə güclü küləyin təsirindən qapının qəfil açılması nəticəsində əl barmaqlarından kəsilmiş yaralar alıb.
Hər iki şəxsə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

