Abşeronda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb.
“Denmedia.az” xəbər verir ki, hadisə Xırdalan şəhər M.Hüseynzadə küçəsində baş verib.
Qadın ağır xəsarətlər alıb.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1978-ci il təvəllüdlü şəxsə (qadın) yerində tibbi xidmət göstərilib.

