İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 2005-ci il təvəllüdlü Tərtər rayon sakini Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən heyvan piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sərxan Rüstəmzadə yüngül xəsarət alıb. O, ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşlara bir daha mina təhlükəsi olan ərazilərə daxil olmamağı, xəbərdarlıq nişanlarına diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı və çəpərlənmiş ərazilərə müdaxilə etməməyi tövsiyə edib.

