sen
2023
10:09
281

Goranboyda DƏHŞƏT: ana iki uşağı olan qızını xilas edə bilmədi

1 sen, 2023
10:09
281

Goranboyda DƏHŞƏT: ana iki uşağı olan qızını xilas edə bilmədi

Goranboyda Kəlbəcər sakini intihar edib.

Den.az Lent.az-a istinadən  xəbər verir ki, 1981-ci il təvəllüdlü İsmayılova Arifə İmamverdi qızı rayonunun Börü kəndindəki fərdi yaşayış evinin həyətindəki tövlənin tavanından təsərrüfat təyinatlı kəndirlə özünü asaraq intihara cəhd edib.

Hadisəyə anası Məleykə Həsənova müdaxilə edib.

O, məişətdə istifadə edilən bıçaqla kəndiri kəsərək A.İsmayılovanı Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, A.İsmayılova ölüb.

Mərhumun iki övladı var idi.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar