Xəzər TV-nin tanınmış aparıcısı Günel Qədimova yeni vəzifəyə təyin olunub.
Jurnalist bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışacaq.
Günel Qədimova bu barədə Denmedia.az-a məlumat verib.
O, peşəkar fəaliyyətini Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirəcəyini bildirib.
Günel Qədimova yeni fəaliyyət mərhələsini yeni başlanğıc, yeni hədəflər və yeni məsuliyyətlər kimi dəyərləndirib.
Qeyd edək ki, Günel Qədimova uzun müddət Xəzər TV-də aparıcı və jurnalist kimi fəaliyyət göstərib, tamaşaçılar arasında tanınıb.
Yeni vəzifəsinin uğurlu olmasını arzulayırıq!
Nizami Rəsulov
Denmedia.az

