ABŞ Prezidenti Donald Trampa və digər yüksəkvəzifəli rəsmilərə qarşı sui-qəsd planlaşdıran Pakistan vətəndaşı 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 48 yaşlı Asif Merçant Nyu-Yorkun Bruklin rayonundakı federal məhkəmənin qərarı ilə beynəlxalq terror aktına cəhd və sifarişli qətl planlaşdırmaqda təqsirli bilinərək 330 ay həbs cəzasına məhkum olunub.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Merçant İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) könüllü qoşulub və daha sonra sui-qəsdi həyata keçirəcək şəxsləri tapmaq məqsədilə ABŞ-yə gedib.
Onun əsas hədəfinin Donald Tramp olduğu, digər potensial hədəflər arasında isə keçmiş prezident Co Bayden və ABŞ-nin BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heylinin yer aldığı bildirilib.
Merçant sui-qəsd planının 2020-ci ilin yanvarında ABŞ-nin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin qisasını almaq məqsədi daşıdığını etiraf edib.
O, 2026-cı il iyulun 12-də Texas ştatının Riçmond şəhərində ABŞ-ni tərk etmək üçün hava limanına yollanmağa hazırlaşarkən saxlanılıb.

