UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatıb və 1/4 finala yüksələn bütün komandalar müəyyənləşib.
Pley-offa son vəsiqəni Norveç millisi qazanıb. Komanda qrup mərhələsinin son turunda səfərdə Danimarkanı 3:2 hesabı ilə məğlub edib.
Fransa, Almaniya, İngiltərə və Portuqaliya öz qruplarını lider kimi başa vuraraq 1/4 finala yüksəliblər.
Belçika, Niderland, İspaniya və Norveç isə qruplarında ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıblar.
1/4 final cütlərinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək.
Bu mərhələnin ilk oyunları 25–27 mart 2027-ci ildə, cavab qarşılaşmaları isə 28–30 mart tarixlərində baş tutacaq.
Turnirin son qalibi Portuqaliya millisidir.

