Bakının Xətai rayonunda, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunun bərpası və yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Bu barədə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” QSC-dən məlumat verilib.
Bildirilib ki, aparılan işlər kollektorun texniki vəziyyətinin yaxşılaşdırılması, suötürmə qabiliyyətinin artırılması və yağış sularının idarə olunmasının səmərəliliyinin yüksəldilməsi məqsədi daşıyır.

