Lənkəranda 13 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində boğazından bıçaq xəsarəti alıb.
Hadisə rayonun Darquba kəndində baş verib.
2013-cü il təvəllüdlü F.A. evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğrayarkən ehtiyatsızlıqdan boğaz nahiyəsini yaralayıb.
Yeniyetmə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyun nahiyəsinin açıq yarası diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

