“Nvidia” şirkətinin keçmiş baş direktoru Censen Huanq ABŞ Konqresində ifadə verməyə razılıq verib.
ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr, kəşfiyyat və Çin məsələləri üzrə komitə sədrlərinin birgə bəyanatına əsasən, Huanq dekabrın 1-də konqresmenlərin suallarını cavablandıracaq.
Araşdırma Çinin ABŞ-nin ən qabaqcıl texnologiyalarına və süni intellekt çiplərinə mümkün çıxışı ilə bağlıdır.
“Censen Huanq və Tim Teyterin milli təhlükəsizliyimizin mümkün pozulmasında hansı rol oynadıqlarını öyrənmək istəyirik”, – deyə qanunvericilər bildiriblər.
“Nvidia”nın baş hüquq məsləhətçisi və vitse-prezidenti Tim Teyter də könüllü olaraq ifadə verməyə razılaşıb. Onun dinlənilməsi dekabrın 2-nə planlaşdırılıb.
Konqresmenlər “Nvidia”nın qabaqcıl Amerika çiplərinin Çin şirkətlərinə ötürülməsində mümkün rolunu, həmçinin Çin kəşfiyyatına işlədiyi ehtimal olunan şəxsin bu proseslə əlaqəsini araşdırmaq niyyətindədirlər.
Hər iki şəxsin ifadəsi rəsmi qaydada qeydə alınacaq.

