Azərbaycanda ötən sutka ərzində qeydə alınan 42 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 17-də axtarışda olan 116 nəfər, o cümlədən 90 borclu şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
Polis tədbirləri nəticəsində ailə üzvlərinə xəbər vermədən yaşayış yerini tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilən 5 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Noyabrın 17-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ümumilikdə 6,5 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
DİN narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirildiyini bildirib.

