Rusiyanın Kemerovo vilayətində hərbi təyyarə qəzaya uğrayıb, göyərtəsində olan 19 nəfərin hamısı həlak olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə noyabrın 17-də planlı uçuş həyata keçirən An-12 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində baş verib.
Təyyarə yaşayış olmayan əraziyə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla 19 nəfər olub və onlardan heç biri sağ qalmayıb.
İlkin ehtimala əsasən, qəzaya texniki nasazlıq səbəb olub. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk da bölgədə təyyarə qəzasının baş verdiyini təsdiqləyib.

