Dünyaca məşhur aktyor Robert Pattinson yeni Ceyms Bond seçilib. O, kino tarixinin ən məşhur məxfi agentlərindən biri olan 007 obrazını canlandıran yeddinci aktyor olacaq.
2021-ci ildə ekranlara çıxan “No Time to Die” (“Ölməyə vaxt yoxdur”) filmindən sonra Daniel Kreyqin Ceyms Bond roluna vida etməsi ilə yeni aktyorun kim olacağı uzun müddətdir müzakirə edilirdi.
Nəhayət, “Amazon MGM Studios” 39 yaşlı Robert Pattinsonun yeni Bond olacağını rəsmən elan edib.
Bu qərarla Pattinson Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Daniel Kreyqin ardından məşhur agent obrazını canlandıracaq.

Aktyor yeni rolu ilə bağlı açıqlamasında Ceyms Bondun kino tarixinin ən unudulmaz personajlarından biri olduğunu bildirib. O, 007 obrazını canlandırmağı karyerasının ən böyük qürur mənbələrindən biri adlandırıb.
Seriyanın 26-cı filminin rejissoru “Dune” və “Arrival” filmləri ilə tanınan Deni Vilnöv olacaq. Ssenarini isə “Peaky Blinders” serialının yaradıcısı Stiven Nayt yazacaq.
Filmin prodüserləri Emi Paskal və Devid Heymandır.
Yeni ekran əsərinin adı və dəqiq nümayiş tarixi hələ açıqlanmayıb.

