Hovuz və saunalarda istifadə olunan xlor müəyyən hallarda ciddi zəhərlənməyə səbəb ola bilər.
Bu barədə akademik Roytberq adına klinikanın terapevti Svetlana Burnatskaya “İzvestiya” nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, xlorun miqdarını tənzimləyən avtomatik sistemdə nasazlıq və ya əməkdaşların səhvi nəticəsində havada bu maddənin konsentrasiyası təhlükəli həddə çata bilər.
Xlor qazı tənəffüs yollarındakı nəmlə təmasda olduqda xlorid və hipoxlorit turşuları əmələ gətirərək nəfəs yollarında ciddi kimyəvi yanıqlara səbəb ola bilər.

Mütəxəssis kəskin kimyəvi qoxu, boğazda qıcıqlanma, quru öskürək, gözlərin qızarması və başgicəllənməni zəhərlənmənin əsas əlamətləri kimi göstərib.
Ağır hallarda isə təngnəfəslik, sürətli və səthi nəfəsalma, həmçinin dərinin göyərməsi müşahidə oluna bilər.

