“Kurtlar Vadisi” serialında Polat Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmazın yenidən ekranlara qayıda biləcəyi iddia olunur.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, aktyorun “Yeraltı” serialında qonaq aktyor kimi sürpriz rolla çıxış edə biləcəyi bildirilir.
Lakin nə Şaşmaz, nə də serialın yaradıcı heyəti bu barədə rəsmi məlumat verib. Aktyorun layihəyə qoşulub-qoşulmayacağı və hansı obrazı canlandıracağı hələlik məlum deyil.

İddiaları gücləndirən əsas məqamlardan biri serialın ssenaristləri arasında Necati Şaşmazın qardaşı Raci Şaşmazın da olmasıdır. “Kurtlar Vadisi”nin yaradıcı heyətində çalışmış Raci Şaşmaz yeni layihənin ssenarisini Berna Aruzla birlikdə yazır.
Rejissoru Murat Öztürk olan “Yeraltı” serialı Türkiyədə cinayətkar qruplaşmalar və kartellər arasındakı hakimiyyət mübarizəsindən bəhs edir.

NOW TV-də çərşənbə axşamları deyil, çərşənbə günləri yayımlanan serialın tamaşaçılar arasında maraq qazandığı və reytinqlərdə yüksək yerlərə yüksəldiyi bildirilir.

