Bakının Binəqədi rayonunda 23 yaşlı qız qətlə yetirilib.
Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə noyabrın 17-də saat 15:00 radələrində baş verib.
Qətlə yetirilən şəxsin incəsənətlə məşğul olan Gülara Mehdiyeva olduğu müəyyən edilib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qızın ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

