Sumqayıtda avtomobil yolu keçmək istəyən qadını vurub.
Hadisə şəhərin Sülh prospektində baş verib.
Məlumata görə, “VAZ” markalı minik avtomobili yolu keçməyə çalışan qadını vurub.
Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

