Sumqayıtda mebel şirkətinə məxsus anbarda 50 yaşlı kişi qəfil vəfat edib.
Hadisə şəhərin İnşaatçılar qəsəbəsində yerləşən “Embawood” şirkətinin anbarında baş verib.
İlkin məlumata əsasən, 50 yaşlı kişinin iş zamanı qəfil halı pisləşib və o, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

