Noyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti məlum olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulmuş, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8–11, gündüz isə 17–21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60–65, gündüz 50–55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı, o cümlədən qar gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 4–8, gündüz 15–20 dərəcə isti, dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11–16 dərəcə isti olacaq.

