İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində oktyabrın 8-də gün ərzində ikinci mina partlayışı baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl həmin ərazidə minaya düşərək xəsarət alan Orxan Əşrəf oğlu Qəhrəmanovun atası – 1966-cı il təvəllüdlü Əşrəf Elman oğlu Qəhrəmanov əraziyə daxil olub.
Nəticədə o da piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları bir daha mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları və minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb.

