NVIDIA şirkətinin qurucusu Censen Huan baş icraçı direktor vəzifəsinə bərpa olunduqdan sonra ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşən şirkətin baş qərargahına qayıdıb.
Denmedia.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, əməkdaşlar Huanı alqışlarla qarşılayıblar. Bu barədə digər beynəlxalq nəşrlər də məlumat yayıb.
Kollektiv qarşısında çıxış edən şirkət rəhbəri işə qayıtması ilə bağlı zarafat edib.

“Bu, mənim ilk iş günümdür. Heç kompüterim də yoxdur. Ona görə də informasiya texnologiyaları şöbəsi mənə yeni kompüter verməli olacaq”, – deyə Huan bildirib.
Daha sonra o, əməkdaşlardan üzr istəyib və ona yenidən etimad göstərdiklərinə görə təşəkkürünü bildirib.
Xatırladaq ki, noyabrın 23-də NVIDIA-nın Direktorlar Şurası Censen Huanın şirkətin prezidenti və baş icraçı direktoru vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib. Huan həmçinin Direktorlar Şurasının üzvlüyünə bərpa olunub.

