Bu gün, noyabrın 24-də Azərbaycanın iki rayonunun bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Şəmkir və Zaqatala Regional Qaz İstismarı idarələri məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan etibarən Qazax rayonunun İkinci Şıxlı və Kosalar kəndlərində, eləcə də Qəbələ şəhərinin Pastar küçəsində qaz təchizatı dayandırılacaq.
Qazax rayonunda fasilə aşkarlanmış qaz sızmalarının aradan qaldırılması, Qəbələdə isə təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Qazın verilişi müvafiq işlər başa çatdıqdan sonra bərpa olunacaq.

