Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.
"Denmedia.az" xəbər verir ki, hadisə Koroğlu prospektində baş verib.
Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.
Nizami Rəsulov
Denmedia.az

