Dubayda yerləşən Emirates Financial Towers göydələninin yuxarı mərtəbələrində yanğın baş verib.
Bu barədə Khaleej Times məlumat yayıb.
Şahidlərin sözlərinə görə, Şeyx Zayed küçəsində yerləşən hündürmərtəbəli binadan tüstü və alov qalxdığı müşahidə edilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Onların müdaxiləsi nəticəsində yanğın lokallaşdırılıb.
Məlumata görə, alov binanın təmir işləri aparılan mərtəbəsində yayılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

