Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza yerindən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə axşam saatlarında baş verib. 99-NA-120 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib və avtomobil divara çırpılıb. Zərbənin gücündən divarın bir hissəsi uçub.
Qəza nəticəsində mikroavtobusa ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən son məlumata görə, avtomobili Emin Salman oğlu Xudiyev idarə edib. Hadisə saat 20:30 radələrində qeydə alınıb və qəza nəticəsində xəsarət alan olmayıb.

