Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, sıravi Rəhman Kərimov vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uzun müddət ağır xəstəlikdən müalicə alan hərbi qulluqçu Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

